ABŞ “Pandora qutusunu” açmağı bacarır.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aleksey Puşkov ABŞ Maliyyə nazirliyinin sanksiya xəbərdarlığını şərh edərkən deyib.
“ABŞ Maliyyə nazirliyi Rusiyanın suveren borclarına qarşı sanksiyaları təhlükəli adlandırıb. Lakin elə digər sanksiyalar da çox pis nəticələrə gətirmək iqtidarındadır. ABŞ yenə “Pandora qutusu”nu açmaq risqinə əl atır”- o deyib.
Xatırladaq ki, daha öncə ABŞ Maliyyə nazirliyi Rusiyanın dövlət borclarına qarşı sanksiyaların genişləndirilməsinin qlobal maliyyə bazarlarında destabilliyə gətirib çıxaracağı barədə xəbərdarlıq etmişdi.