Ankara Vergi İdarəsində fevralın 2-də baş verən və 3 nəfərin xəsarət alması ilə nəticələnən partlayış terror aktı olub.
Baki-xeber.com-un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Ankara valisi Ercan Topaca deyib. Valinin sözlərinə görə, partlayışın bomba mexanizmindən istifadə edilərək törədildiyi bəlli olub. Bombanı quraşdıran şəxs müqavimət göstərdiyindən məhv edilib. Hadisə ilə bağlı 8 nəfər saxlanıb.