Avropa İttifaqının Qüdsdəki Missiyası İsrailin Fələstin torpaqlarında qanunsuz yaşayış yerlərini qanuniləşdirmək üçün arxeoloji və turizm sahələri inşa etdiyi barədə xəbərdarlıqla çıxış edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Avropa İttifaqı Missiyasının rəhbəri tərəfindən verilmiş illik hesabatda bildirilir. “The Guardian” nəşrinə sızan hesabata görə, 1967-ci ildən bəri İsrail tərəfindən işğal edilmiş Şərqi Qüdsdəki bəzi bölgələr məskunlaşmaları dəstəkləmək, qanuniləşdirmək və genişləndirmək üçün siyasi bir vasitə olaraq istifadə edilir.
Aİ diplomatları tərəfindən hazırlanan hesabatda bildirilir ki, şəhər əhalisinin 37 faizini fələstinlilər təşkil etdiyi halda, 130 binanın uçurulması və 228 nəfərin daimi yaşayış yerindən qovulması kimi qərarlarla faiz nisbətinin daha da azaldılmasına çalışılır ki, bununla da şəhərdəki vəziyyət getdikcə pisləşir və sülhə olan ümidlər azalır.