ABŞ öz ordusunu Fəratın şərq sahillərindən geri çəkməlidir, əks halda onu buna İran məcbur edəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri İranın dini lideri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayəti Fələstin məsələsilə bağlı keçirilən beynəlxalq konfranda səsləndirib. O deyib ki, Vaşinqton Suriyanı bölə bilməz və onun bu yolda iki alternativi var – “ya öz ordusunu Fərat çayının şərq sahillərindən geri çəkməli, ya da onu buna biz məcbur etməliyik”. Müşavirin fikrincə, Ağ Ev Yaxın Şərq ölkələrini bölməklə onlar üzərində hömranlığını bərqərar etmək istəyir və “Suriyada yaşanan son hadisələr bu planın nəticəsidir”. Ölkəsinə gəldikdə isə, Vilayəti deyib ki, İran öz ordusunu Iraq və Suriyaya onların öz istəyi ilə yeridib.
Qeyd edək ki, yanvarın 21-də Iordaniya kralı II Abdulla ilə Ommanda keçirdiyi konfransda ABŞ vitse-prezidenti Maykl Pens bəyan edib ki, ABŞ Suriyada hərbi varlığını təkcə İŞİD terrorçu qruplaşmasını məhv etmək üçün deyil, həm də “Iranın düşmən təsirinin qarşısının alınması”məqsədilə saxlamaqda qərarlıdır.