ABŞ Konqresi “Kreml məruzəsinin” məxfi hissəsini açıqlamayacaq.
Baki-xeber.com xəbər verir ki, bu barədə senator Ben Kardin RİA”Novosti”nin sualına cavabında deyib. Bildirib ki, bununla bağlı onlara səlahiyyət verilməyib. Lakin daha öncə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin “Kreml məruzəsi”nin məxfi hissəsinin Konqres tərəfindən açıqlanacağını bildirmişdi. Yüz səhifədən ibarət həmin hissədə Konqresə sanksiyalarla bağlı tövsiyələr yer alıb.
Xatırladaq ki, ABŞ maliyyə nazirliyi “Kreml siyahısı”nı həftənin əvvəlində açıqlayıb. Həmin siyahıya RF rəhbərliyi və iri sahibkarlardan ibarət 200 nəfərdən artıq şəxsin adı daxil edilib. ABŞ-ın 2017-ci ilin yayında qəbul etdiyi "Amerikanın düşmənlərinə sanksiya ilə qarşı çıxmaq" qanununa uyğun olaraq hazırlanmış həmin siyahı hələlik həmin şəxslərə qarşı hər hansı məhdudiyyət nəzərdə tutmasa da, gələcəkdə bu, istisna olunmur.
Rusiya prezidenti Vladimir Putin isə ABŞ-ın bu addımına “it hürər, karvan keçər” məşhur məsəli ilə cavab verib.