ABŞ Dövlət Departamenti Fələstinin keçmiş baş naziri və HƏMAS hərəkatının siyasi lideri İsmayıl Haniyəni “qlobal terroristlər siyahısı”na salıb.
Baki-xeber.com-un xəbərinə görə, siyahıya, həmçinin, Fələstinin “Hərəkat əl-Sabirin" və “Hasm”, Misirin “Liva əs-Saura” (İnqilab bayrağı) qruplaşmaları da daxil edilib. Qərarı şərh edən dövlət katibi Reks Tillerson bildirib ki, siyahıya daxil edilən terroristlər “Yaxın Şərqdə sülh prosesinə ziyan vurub”.
Qeyd edək ki, İsmayıl Haniyə Fələstin hökumətini Qəzzada 2006-2014-cü illərdə təmsil edib.