Fransa qondarma "erməni soyqırımı”nı “anma günü" kimi təqvimə salacaq. Baki-xeber.com xəbər verir ki, bu barədə, Fransanın erməni təşkilatlarının Əlaqələndirmə Şurasının illik ziyafətinə qatılan Fransa prezidenti Emmanuel Makron deyib.
Seçki kampaniyasında vəd etdiyi kimi “erməni soyqırımını anma gününü” milli təqvimə salacağını söyləyən Makron, erməni lobbisinin tələblərini də dinləyib. Makron ermənilərin Türkiyəyə qarşı milli azlıqlarla bağlı tələblərinə rədd cavabı verib və Rəcəb Tayyib Ərdoğanla danışıqlara üstünlük verdiyini deyib.
Erməni lobbisinin digər bir tələbi isə erməni siyasətçilərin müşayiəti ilə Makronun Dağlıq Qarabağa səfər etməsi olub. Makron onların bu tələbini də rədd edib. "Sizi bir daha məyus edəcəyəm, bunu da edə bilmərəm. Fransanın Azərbaycan və Ermənistan arasındakı vasitəçi rolunu itirərəm. Bu münaqişəni həll etdikdən sonra gəlmək istəyirəm" – deyə bildirib.