ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanın Kubadakı Quantanamo həbsxanasının bağlanması ilə bağlı qərarını ləğv edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ağ Evin rəsmi açıqlamasında deyilir. Xəbərə görə, açıqlamada deyilir ki, Amerika rəhbərliyinin Quantanamoda fəaliyyəti “qanuni, təhlükəsiz və humanist , eyni zamanda ABŞ qanunlarına və beynəlxalq hüquq normalarına uyğun olmalıdır”.
Prezident Tramp isə Konqresdəki çıxışında verdiyi sözügedən qərarı şərh edib. Deyib ki, yalnız Müdafiə naziri Ceyms Mettisin hərbi siyasətə və Quantanamo həbsxanasında hərbi əsirlərin saxlanması məsələsinə yenidən baxmasına göstəriş verib.
Xatırladaq ki, ötən ilin dekabrında 2002-ci ildən bəri ilk dəfə Pentaqon rəhbəri Quantanamo bazasını ziyarət edib.