Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoq Konqresinin iclası keçirib. Baki-xeber.com xəbər verir ki, Konqresin sonunda yekun bəyənnamə qəbul edilib.
Bəyannamədə: "Suriya xalqı öz gələcəyinə seçkilərlə qərar verməlidir. Suriya ordusu Suriyanın sərhədlərini qorumaq, xarici qüvvələrlə və terrorizmlə mübarizə aparmaq üçün fəaliyyətinə davam etməlidir. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq Suriya xalqının bütün tərəfləri bərabər hüquqa malikdirlər" deyilir.
Konqresin iştirakçıları Suriyanın mövcud konstitusiyasında dəyişikliklərin edilməsi üçün 150 üzvlük bir komitənin qurulduğunu bildirdilər və 7 ildən çoxdur davam edən müharibəyə son qoymaq üçün seçkilərin keçirilməsi mövzusunda həmfikir olduqlarını qeyd etdilər.
Konstitusiya komitəsində Əsəd rejimi, müxaliflər, Suriyalı ekspertlər, tayfa başçıları və qadınlar da yer alacaq.
Onu da qeyd edək ki, zirvəyə qatılmayan müxaliflər onları Türkiyənin təmsil edəcəyini bəyan ediblər. Konqresdə iştirak etməyən müxalif qrupları təmsil etmək səlahiyyətinə sahib olan türk heyəti müxalifət tərəfindən hazırlanan konstitusiya komitəsinə 50 nəfərlik namizəd siyahısını təqdim edib.