ABŞ Rusiya təbii qazını alıb. Baki-xeber.com xəbər verir ki, bu barədə “Russia Today” məlumat yayıb.
Bildirilir ki, ABŞ Rusiyaya ticari embarqo tətbiq edərkən Rusiyaya məxsus mayeləşdirilmiş təbii qazı (liquefied natural gas-LNG) alıb. Rusiya ilə enerji əməkdaşlığı quran ölkələri sanksiya ilə təhdid edən ABŞ Rusiya təbii qazından istifadə edir.
Belə ki, Rusiya təbii qazını daşıyan tanker Boston limanına yan alıb. Fransanın “Engie” enerji şirkətinə məxsus tanker LNG daşıdığı liman rəsmiləri tərəfindən də təsdiqlənib.
Liman rəsmiləri tankerin Rusiyanın Yamal bölgəsindən yüklənən LNG-ni Böyük Britaniyanın Grain dəniz limanına apardığı, daha sonra isə Bostonun Everett bölgəsinə gətirdiyini bildirib.
Qarşıdakı günlərdə Fransanın Dunkirk limanından ABŞ-ın New England bölgəsinə Rusiyaya məxsus daha bir LNG yükünün tədarük ediləcəyi qeyd olunub.