ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeo Çinin ABŞ üçün ən azı Rusiya qədər təhlükə yaratdığını deyib. Baki-xeber.com xəbər verir ki, M.Pompeo BBC-yə açıqlamasında Çinin ABŞ-ın məlumatlarını ələ keçirərək dünya miqyasında gizli bir hakimiyyət yaratmağa çalışdığını deyib.
Rusiyanın Qərbdəki siyasətə təsir göstərməyə çalışdığını da vurğulayan CİA direktoru Avropa ölkələrinə bunun qarşısını almaq üçün dəstək olduqlarını açıqlayıb.
Kəşfiyyat şefi, Rusiyanın ABŞ-da 6 noyabrda keçiriləcək Konqres seçkilərini də hədəf alacağını düşündüklərini deyib: “Ancaq ABŞ-ın bu seçkiləri azad və ədalətli şəkildə keçirə biləcəyinə əminəm. Onları elə bir formada uzaqlaşdıracağıq ki, seçkilərimizə müdaxilə edə bilməyəcəklər”.