ABŞ-ın öncül qəzetləri terror təşkilatı PYD/ YPG-ni dəstəkləməyə davam edən Vaşinqtonun dünyaya rəzil olduğunu və bu gedişlə Türkiyə kimi müttəfiqini itirəcəyi bir səhvə imza atılacağını yazıb.
Baki-xeber.com-un xəbərinə görə, Vaşinqtonun YPG-yə dəstəyindən narahat olan “New York Times” qəzeti Afrində terröristlerin reallaşdırdığı intihar hücumunun ardından "Bu, ABŞ-ı intihar bombaçıları ilə müttəfiq halına gətirən əcaib bir vəziyyətə salır" sözlərini yazıb. Qəzetin şərhində daha sonra bildirilir ki, ABŞ seçim qarşısındadır və YPG-ni seçərsə, Türkiyəni itirər:”Amerikanın Suriya strategiyası uğursuzluğa məhkumdur. YPG seçilərsə, ABŞ bir daha itirəcək..."
Bu arada ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) Komandanı, general Cozef Votel Türkiyənin Afrinin ardından yeni terror yuvalarını təmizləmək üçün girməyə hazırlaşdığı Menbiçden ayrılmağı düşünmədiklərini açıqlayıb. Xatırladaq ki, daha öncə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın terror təşkilatı ilə əlaqəsini kəsərək, verilən silahları da yığıb Menbiçdən çəkilməli olduğunu bildirib, Prezident Ərdoğan isə "Menbiçi də söz verildiyi şəkildə terrorçulardan təmizləyəcəyik" deyib.