İsrail Təhlükəsizlik Qüvvələrinin başçısı, general Ronen Manelisin, “İran Liviyadakı hərbi varlığına son qoymazsa, bu, iki ölkə arasında savaşa səbəb olacaq” sözləri “Hizbullah”ın sərt reaksiyası ilə qarşılanıb.
Baki-xeber.com-un xəbərinə görə, “Hizbullah” deyilənlərə "Savaş çıxarsa İsrail bitər" sözlərilə qarşılıq verib. “Hizbullah”ın Liviya Parlament blokunun rəhbəri Hac Muhammed Raad isə Manelisin sözlərini “qorxaqlıq” adlandırıb. “Bir gün “Hizbullah”ın bayrağı Qüdsdə dalgalanacaq”- deyən Raad Manelisi təhdid də edib. Deyib ki, İsrail öz sonunu çağırmasın. “Hizbullah” bu gün daha güçlüdür və İsrail ordusunu yox edəcək imkana sahibdir. Sionistlər müsəlmanların dirənişinə son verə bilməyəcək. “Hizbullah”ın bayrağı müqəddəs Qüdsdə dalgalanacaq və Fələstin xalqı qəsb edilmiş torpraqlarını geri alacak”- o deyib.
İsrailin Müdafiə naziri Avigdor Liberman isə bu gün verdiyi açıqlamada İranın Liviyada raket istehsalını əngəlləmək üçün mümkün olan her şeyi edəcəklərini bildirib.