Əlcəzair ərazilərində keçirdiyi nüvə sınaqlardan zərər çəkənlər üçün Fransadan təzminat istəyəcək. Həmin məqsədlə komissiya qurulacaq.
Əlcəzair Mücahidlər naziri Ət-Tayyib Zeytuni qurulacaq komissiya ilə Fransadan təzminət istənəcəyini bildirib.
Fransa nüvə sınaqlardan zərər çəkənlərin ümumilikdə əsgər təqribən 500 nəfər olduğunu irəli sürdükdə Əlcəzair əsgər və mülki vətəndaş 18 min nəfərin sınaqlardan mənfi təsirləndiyini, əksəriyyətinin bir neçə ildə həyatını itirdiyini bildirir.
Qeyd edək ki, nüvə sınaqlara sabiq prezident Jak Şirak (Jacques Chirac) dövründə son quyulmuş və qurbanlara təzminat verilməsi qərara alınmışdı. 2010-cu ildəki nüvə sınaq zamanı zərər çəkənlərə təzminat verilməsini nəzərdə tutan qanun qüvvəyə minəsə də sadəcə 20 nəfərə təzminat verilmişdi.
Xatırladaq ki, Fransa 1966-1996-cı illərdə Əlcəzair və Fransa Polineziyasında təqribən 210 nüvə sınaq həyata keçirmişdi.
Fransanın tarixində “qara ləkə” kimi yer tutan nüvə sınaqlardan 100 mindən artıq insan zərər çəkmişdi.
Rəsmi olmayan rəqəmlərə görə hazırda həyatda olan 3 min qurbandan azı 35 faizinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlumdur.