Burseya dağının cənub-qərbində terrör örgütünə aid bölgə kəşfiyyat mərkəzi ələ keçirilib.
Baki-xeber.com-un “Yeni Şafak” qəzetinə istinadən xəbərinə görə, Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində yanvarın 28-də Türkiyə Silahlı Qüvvələri (SQ) Azad Suriya Ordusu (ASO) ilə birlikdə strateji mövqe olan Burseya dağını terrorçulardan təmizləyib. Bunun ardınca Türkiyə SQ və ASO PKK-nın bölgədəki kəşfiyyat mərkəzini ələ keçirib.