Əfqanıstanın paytaxtı Kabil şəhərində növbəti irimiqyaslı terror aktı törədilib.
Baki-xeber.com-un xəbərinə görə, faciəli olayı işıqlandıran Qərb mətbuatı nətəcədə 95 nəfərdən artıq şəxsin həlak olduğunu, 158 nəfərin müxtəlif dərəcəli bədən xəsarətlərini açıqlayıb.
Hadisənin məsuliyyətini “Taliban” hərəkatı öz üzərinə götürüb.
Xəbərə görə, terror hadisəsini intiharçı həyata keçirib. Öncə o, təcili yardım maşının qaçıraraq içərisini partlayıcı ilə doldurub. Sonra həmin maşınla Kabilin mərkəzinə - xarici səfirliklərin və Avropa İttifaqının nümayəndəliyinin yerləşdiyi rayona gəlib. Birinci buraxılış məntəqəsində təcili yardım maşını heç bir şübhə doğurmayıb. İkinci buraxılış məntəqəsində bunun tam əksini görən terrorçu-intiharçı detonatorun düyməsini basıb.