ABŞ Suriyadakı müttəfiqi kimi gördüyü və silahlarla təmin etdiyi PYD/PKK-nı hələ də terror təşkilatı kimi tanıyır.
Baki-xeber.com Anadolu agentliyinə istinadən xəbər verir ki, sözügedən təşkilatlar Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) saytında terror təşkilatı kimi göstərilir.
Belə ki, CIA saytında Suriyadakı xarici terror təşkilatları arasında PKK-nın da adı çəkilir və Saleh Müslim də PKK-nın Suriya qanadının lideri kimi göstərilir.
Qeyd edək ki, Suriyada terror təşkilatı İŞİD ortaya çıxdıqdan sonra, ABŞ PYD/PKK ilə əməkdaşlıq etməyə başlayıb. ABŞ təşkilata 2014-cü ildən hərbi dəstəyi verməyə başlayıb.
Terror təşkilatı hazırda Suriya torpaqlarının dörddə birini, Türkiyə-Suriya sərhədinin isə 65 faizini nəzarətdə saxlayır.