Rusiya prezidenti seçkiləri üçün namizədliyini irəli sürmüş müğənni və hüquq müdafiəçisi Yekaterina Qordon namizədliyini geri götürdüyünü açıqlayıb. Trend-in məlumatına görə, o, bu qərarını “bu şouda iştirak etmək istəməməsi ilə” əlaqədar olduğunu deyib.
Y.Qordon namizədlik üçün tələb olunan imza sayının toplandığını da bildirib.
Qeyd edək ki, bundan öncə prezident seçkilərində namizədliyi irəli sürülmüş Volqoqrad Şəhər Dumasının deputatı Oleq Bulayev də namizədliyini geri götürmüşdü. Trend-in məlumatına görə, o, bu qərarını belə izah etmişdi ki, kommunistlərin elektrotatını bölmək istəməyib.
Daha əvvəl isə Roman Xudyakov və Anton Bakov Rusiya prezidentinə namizədliklərini geri götürdükləri barədə elan etmişdilər.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.