ABŞ ilk günlər Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyata təmkinli davranış nümayış etdirsə də, artıq son günlər bu təmkinliliyin arxasındakı narahatlıq özünü göstərməyə başlayır.
Məsələ burasındadır ki, ABŞ xarici işlər nazirliyinin sözçüsü Heather Nauert gündəlik mətbuat brifinqində Afrin əməliyyatı və Türkiyənin bölgədəki addımlarıyla əlaqədar jurnalistlərə açıqlama verərkən "YPG" əvəzinə birbaşa "PKK" ifadəsini işlədib. Nauertin "Türkiyə Suriyanın şimal-qərbində İŞİD-dən gözünü çevirib PKK-nın arxasınca düşdü" deməsi isə ciddi müzakirələrə yol açıb.
Maraqlıdır ki, ABŞ XİN sözçüsü sonradan sözünə hər hansı düzəliş etmək cəhdi də göstərməyib. Hazırda regionda nisbi sakitliyin hökm sürdüyünü deyən Nauert bir gün öncə ABŞ prezidenti Donald Trampın Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında “regionda təzyiqin düşməsi” barədə söhbət aparıldığını deyib.
Jurnalistin "Menbiçden amerikalıları çıxaracaqsınızmı" sualına cavabında isə Nauert Müdafiə Nazirliyi adından danışa bilməyəcəyini, lakin XİN işçilərindən kiminsə bölgədən ayrıldığına dair onda məlumat olmadığını deyib.
Baki-xeber.com