Rusiyanın “İnterfaks” agentliyi kürd silahlı birləşmələrinin (YPG) yanvarın 24-də Afrində Türkiyə HHQ-nin təyyarəsini vurması barədə xəbər yayıb.
Baki-xeber.com-un xəbərinə görə, Agentlik xəbəri yayarkən özünün kürd mənbələrinə istinad edib, lakin hadisənin harada və hansı şəraitdə baş verdiyinə aydınlıq gətirməyib.
RİA”Novosti” isə yazır ki, kürdlər atdıqları raketin Türkiyə təyyarəsinə dəydiyini və onun tüstüləndiyini görüblər. Lakin təyyarənin düşdüyü, yaxud Türkiyə ərazisinə qayıda bildiyi barədə məlumata malik deyillər.
Türkiyə mətbuatında bu barədə heç bir məlumat yoxdur.