“Zeytun budağı” əməliyyatı ABŞ-ın PYD/YPG-İŞİD-lə olan işbirliyini bir daha gözlər önünə sərdi.
Baki-xeber.com-un xəbərinə görə, belə bir xəbərlə Türkiyənin “Yeni Şafak” qəzeti çıxış edib. Qəzetin yazdığına görə, ABŞ-ın qoruması altında “əl edilərək” Rakkadan çıxarılan İŞİD-çilər Afrində peyda olub. Xəbərdə deyilir ki, ABŞ Afrində İŞİD-lə yürütdüyü işbirliyini həbsxana yalanı ilə ört-basdır etməyə çalışır. Lakin guya PYD/YPG-nin Türkiyə Ordusu və Azad Suriya Ordusu ilə döyüşmək üçün həbsxanadan çıxardığı deyilən İŞİD-çilər əslində heç zaman məhbus olmayıb. Xəbərə görə, onlar Rakkadan təxliyə edilmişdi və uzun müddətdir Afrində deyildilər. Qəzet yazır ki, yerli mənbələr barəsində “savaşmaq üçün cəza evindən çıxarıldılar” deyilən İŞİD-çilərin əslində cəza evində olmadığını, ABŞ-ın bu yalanı aralarındakı işbirliyini pərdələmək üçün ortaya atdığını bildirir.