ABŞ-ın vitse-prezidenti Mayk Pens Avropaya ultimatum verib. Baki-xeber.com xəbər verir ki, Qüdsə səfər edən vitse-prezident bu barədə “Reuters”ə açıqlama verib.
ABŞ-ın Qüdsün "İsrail paytaxtı" kimi tanınmasında mühüm rol oynayan Mayk Pens, Tramp administrasiyası və İsrail hökumətinin qarşı çıxdığı İranla nüvə razılaşması ilə bağlı Avropanı seçim etməyə çağırıb.
“Avropa ABŞ-ı dəstəkləyəcək yoxsa, qüsurlu sazişə bağlı qalmaqda davam edəcək? Avropa bir qərar verməlidir" – deyə ABŞ-ın vitse-prezidenti bildirib.
Qeyd edək ki, 2015-ci ildə Barak Obamanın prezidentlik dövründə ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya (BMT TŞ-nin 5 daimi üzvü +1) İranla nüvə proqramından nüvə silahları istehsalında istifadə edilmədiyinə əmin olmaq məqsədilə uzun sürən mürəkkəb danışıqlar aparıb. İran nüvə fəaliyyətlərinin tamamilə dinc xarakter daşıdığında israr edir. Danışıqlar nəticəsində İranın uran zənginləşdirilməsi proqramını məhdudlaşdırması müqabilində ölkə iqtisadiyyatına böyük ziyan vurmuş sanksiyalar aradan qaldırılmasını nəzərdə tutan razılaşma əldə edilib. Ancaq ABŞ prezidenti Donald Tramp bir razılaşmadan çıxmaqda israr edir.