İraq Türkiyəyə PKK-ya qarşı birgə hərbi əməliyyat keçirməyi təklif edib. Baki-xeber.com xəbər verir ki, unu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, İraqın şimalındakı Şenqal bölgəsinə toplanan PKK terrorçularına qarşı yeni hərbi əməliyyat keçirilə bilər: "Bağdada səfərim zamanı Şenqal və Suriya sərhədində təhlükəsizliyin təmin olunması məsələsi gündəmə gəldi. İraq ordusu bu əraziləri nəzarətə götürməyi planlaşdırır. Türk ordusu ilə birgə hərbi əməliyyat aparmaq üçün bizə təklif verdilər. Əməliyyat gerçəkləşərsə, PKK-nın sərhədi keçmə cəhdlərinin qarşısı tamamilə alınacaq. Ehtiyac olarsa, biz də hər cür dəstəyi verərik. PKK-nın İraqdan tam təmizlənməsi üçün əlimizdən gələni edəcəyimizi bildirdik. Onlar da "Bu təhdidə qarşı əməkdaşlıq edək" təklifini verdilər".