Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin şəhəri yaxınlığında daha bir yaşayış məntəqəsini terrorçulardan geri alıb. Trend-in məlumatına görə, Türkiyə qoşunları Hamam kəndini YPG və PYD terrorçularından təmizləyib.
Baki-xeber.com xəbər verir ki, Türkiyə F-16-larının bombardman etdiyi Raco bölgəsindəki Ömər Uşağı kəndi və çevrəsindəki 5 strateji yüksəklik də terrorçulardan təmizlənərək ələ keçirilb.
Bir müddət əvvəl isə Türkiyə hərbçilərinin Burseya strateji yüksəkliyini nəzarətə götürdüyü məlumat verilmişdi. Türkiyə SQ-nin Afrində əməliyyatlara başladığı müddətdən 10-dan çox yaşayış məntəqəsi YPG və PYD-dən azad edilib.
O da bildirlir ki, insanların Afrindən kütləvi köçü başlayıb. Əsəd rejimi isə Hələbə getməyə çalışan insanları şəhərə tərəf buraxmır.
Bu arada, Türkiyənin daha bir hərbçisi Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı zamanı həlak olub. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir "Twitter" səhifəsində yazıb ki, ölən türk hərbçilərin qanı yerdə qalmayacaq: "Terrorun kökünü kəsənə qədər mübarizəyə davam edəcəyik".
Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı zamanı yanvarın 22-də də bir türk hərbçi ölüb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.