Almaniyanın Hannover şəhərində İstanbul reysi öncəsi türklərlə kürdlər arasında ciddi qarşıdurma yaşanıb.
Baki-xeber.com-un xəbərinə görə, hadisə aeroportun B terminalında kürdlərin Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsinə etiraz olaraq spontan şəkildə aksiyaya qalxması ilə başlayıb. Etirazlara türk sərnişinlərin sərt təpki verməsilə aeroport daxilində kütləvi dava düşüb.
Yerli “Hannoversche Allgemeine” qəzetinin xəbərinə görə, kürdlərin türklərin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına tənqidi şüarlar səsləndirməsi İstanbul reysini gözləyən türklərin ciddi reaksiyasına səbəb olub. Hadisədə 180 nəfərə yaxın şəxsin iştirak etdiyi, davanı səngidə bilməyən polisin 20 nəfərə qarşı bibər qazı istifadə etmək məcburiyyətində qaldığı xəbər verilir. Onların türk və ya kürd olduğu açıqlanmır.