Türkiyənin ABŞ-la münasibətlərinin gələcəyi onun Suriyada dəstək verdiyi tərəfi dəqiq müəyyən etməsindən sonra bəlli olacaq.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O qeyd edib ki, daha öncə ABŞ dövlət katibi Reks Tillerson Suriyada kürdlərin mövqelərindən Türkiyə ərazisinin atəşə tutulması məsələsinə şübhə etdiyini bildirib. Çavuşoğlu qeyd edib ki, bu fikrinə cavab olaraq Tillersona öz informasiya mənbələrini yoxlamağı və Türkiyə ilə kürdlərin mövqeyindən danışmamağı tövsiyə etdiyini deyib.
Türkiyə XİN rəhbəri bir daha xatırladıb ki, Ankaranın məqsədi Suriyada Rusiya, Əsəd rejimi və ABŞ-la qarşı-qarşıya gəlmək deyil, terrorizmlə mübarizədir.
Xatırladaq ki, Türkiyənin Afrində “Zeytun budağı” əməliyyatı yanvarın 20-də kürdlərin 170 obyektinə artilleriya zərbələri endirməsilə başlayıb.