ABŞ dövlət katibi Reks Tillerson Türkiyə ordusunun Afrində başlatdığı “Zeytun budağı” əməliyyatından narahat olduqlarını bildirib. Baki-xeber.com xəbər verir ki, R.Tillerson bu barədə İngiltərəyə səfəri zamanı açıqlama verib.
"Türkiyənin vətəndaşlarını terror ünsürlərindən qorumağa yönəlmiş qanuni haqlarını tanıyırıq və təqdir edirik” – deyən dövlət katibi, ABŞ-ın hər iki tərəfin təmkin göstərməsini və mülki itkilərin azaldılmasını və Türkiyənin təhlükəsizlik problemlərinin həlli üçün iki ölkənin birlikdə çalışaraq nələr edə biləcəyini görmək istədiyini bildirib.
Tillerson qeyd edib ki, Türkiyənin ehtiyacı olan etibarlı bölgə yaratmaq üçün birlikdə çalışıb-çalışamayacağımızı görmək istəyirik.
ABŞ dövlət katibinin "iş birliyi və əməkdaşlıq" mesajına cavab verən Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib ki, bunun üçün Vaşinqton ilk növbədə terrorçulara verdiyi silahları geri almalıdır: "İş birliyinin yolu bəllidir: terrorçulara silah verməyi dayandırmaq və əvvəlcədən verilmiş silahları geri almaq".