Türkiyə ordusunun Afrində sıxışdırdığı terror təşkilatı PYD/PKK əsir saxladıqları İŞİD yaraqlılarını türk əsgərlərinə və Azad Suriya Ordusuna qarşı döyüşmək şərtilə azadlığa buraxıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Anadolu agetntliyi məlumat yayıb
Yerli mənbələrdən alınan məlumatlara görə, terror təşkilatı, İŞİD yaraqlılarından “Zeytun budağı” əməliyyatına qarşı istifadə etmək məcburiyyətində qalıb. Qeyd edilir ki, PKK döyüşlərdə sağ ələ keçirdiyi İŞİD terrorçularını TSQ və ASO-ya qarşı döyüşmək şərtilə həbsxanalarından azad edib.