Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən başladılan “Zeytun budağı” əməliyyatı çərçivəsində türk tankları sərhəddən keçərək Suriyaya girməyə başlayıb.
Baki-xeber.com xəbər verir ki, axşam saatlarından etibarən Kilisə gələn tanklar və artilleriya qurğuları, Öncüpınar sərhəd keçid məntəqəsindən geniş təhlükəsizlik tədbirləri altında Suriyaya keçməyə başlayıb.