Türkiyə ordusu bazar günü Suriyanın Afrin bölgəsində yerüstü əməliyyata başlayacaq. Baki-xeber.com xəbər veri ki, bu barədə Baş nazir Binəli Yıldırım açıqlama verib.
Baş nazir hadisələrin gedişinə görə, ordunun Afrində PKK/PYD terrorçularına qarşı yerüstü əməliyyata başlayacağını deyib.
Bölgəyə ağır hərbi texnika daşınır.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə ordusu Afrində ABŞ-ın dəstəklədiyi PKK/PYD yaraqlılarına qarşı əməliyyata başlayıb. 72 hərbi təyyarə və artilleriya atəşi ilə 108 hədəf məhv edilib. Türkiyənin təlim keçdiyi suriyalı müxaliflər də müxtəlif istiqamətlərdən Afrinə doğru irəliləməyə başlayıb.