Rusiya Türkiyənin Suriyanın Afrin bölgəsində başlatdığı əməliyyata görə, ABŞ-ı sərt tənqid edib. Baki-xeber.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq, Vaşinqtonun məsuliyyətsiz davranışlarının Suriyada həll prosesini təhdid etdiyini bildirib.
Açıqlamada, ABŞ-ın təxribatçı addımlarının Suriyanın şimal-qərbindəki böhranın dərinləşməsinə səbəb olduğu vurğulanır.
ABŞ-ın Suriyada kürdlərin çoxluq təşkil etdiyi bölgələr yaratdığı ifadə edilən açıqlamada daha sonra bildirilir: "Pentaqonun Suriyadakı ABŞ tərəfdarı silahlı qruplara müasir silahlar verməsinə görə, Türkiyə, Afrində əməliyyatlara başladı. ABŞ-ın Suriyadakı məsuliyyətsiz davranışı, ölkədəki həll prosesini və Cenevrə prosesini təhdid edir".