Rusiya Türkiyənin Afrində başlatdığı hərbi əməliyyatın dayandırılması tələbilə Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edəcək.
Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klinseviç açıqlama verib.
Rus senator bu çərçivədə, Rusiyanın Suriya ilə diplomatik əməkdaşlığı davam etdirəcəyini deyib.
Klintseviç, Türkiyənin başlatdığı əməliyyatın Suriya torpaqlarında yeni bir silahlı qarşıdurmaya səbəb olacağını istisna etməyib. O, Suriya ilə Türkiyə arasında silahlı qarşıdurma başlayacağı halda, Rusiyanın belə bir qarşıdurmaya qatılmayacağını deyib.