Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyanın Afrin bölgəsindəki terrorçu qrupların mövqelərinin bombalanması ilə bağlı rəsmi açıqlama yayıb. Baki-xeber.com xəbər verir ki, açıqlamada 20 yanvar 2018-ci il saat 17:00-dan etibarən "Zeytun budağı hərəkatı"nın başladığı deyilir.
“Türk Silahlı Qüvvələri tərəfindən sərhədlərimizdə və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK-PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, eləcə də dost və qardaş bölgə xalqını bunların zülmündən qurtarmaq üçün "Zeytun budağı” əməliyyatı başlayıb” – deyə bildirilir.