ABŞ Suriya-Türkiyə sərhədinə minə yaxın PYD/PKK terrorçusu yerləşdirib. Baki-xeber.com xəbər verir ki, bu barədə Anadolu agentliyə məlumat yayıb.
Qeyd edilir ki, ABŞ ordusu zirehli maşın və pikaplardan ibarət konvoylarla, keçən cümə və çərşənbə axşamı, terror təşkilatı PYD/PKK-nın işğal altında saxladığı Tel Ebyad bölgəsinə gedib. Amerika əsgərləri, iki gün ərzində on avtomobillə Suriya-Türkiyə sərhəd xəttində kəşfiyyat aparıb. Araşdırmalardan sonra isə terrorçular bölgəyə yerləşdirilib.
Məlumatlara görə, mindən çox PYD/PKK-çı Tel Ebyadda Suriya-Türkiyə sərhədinə gətirilib.