Türkiyə Afrində əməliyyatlara tərəddüdsüz başlayacaq və orada terrorçuları tamamilə məhv edəcək. Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.
Nazir qeyd edib ki, gün keçdikcə Türkiyənin təhlükəsizliyi üçün təhdid riski artır: “Türkiyə öz vətəndaşlarını və sərhədlərini qorumalıdır”.
“Türkiyənin məqsədi öz sərhədlərinin təhlükəsizliyini təmin etməkdir”. Bunu Suriyanın Afrin şəhərində gözlənilən hərbi əməliyyatlar barədə danışan Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
O qeyd edib ki, hər bir ölkənin öhdəliyi öz vətəndaşlarının təhlükəsizliyini təmin etməkdən ibarətdir.
B.Yıldırım onu da vurğulayıb ki, heç kim Türkiyəyə hansı addım atmaq barədə göstəriş vermək hüququna malik deyil.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələri Afrində PYD və YPG mövqelərinə zərbələr endirib. İlkin məlumatlara görə, 30-dan çox terrorçu zərərsizləşdirilib.