Rusiya müdafiə naziri Sergey Şoyqu Moskvada səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru Hakan Fidanı qəbul edib.
Rusiya MN-nin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüşdə Yaxın Şərqdəki vəziyyət, iki ölkənin maraqlandıran aktual mövzular müzakirə olunub.
Rusiya MN-dən görüşün konstruktiv əhval-ruhiyyədə keçdiyi bildirilib.
Baki-xeber.com xəbər verir ki, görüşün Türkiyənin PKK-nın Suriya qanadı YPG ilə əməkdaşlığa gedən Vaşinqtonun onlarla birlikdə Türkiyə və İraq sərhədlərində 30 min nəfərlik terror ordusu yaratmağa hazırlaşdığını elan etməsindən sonra, Afrində hərbi əməliyyata başlaması ərəfəsində keçirilməsi diqqət çəkir.