Amerika Erməniləri Milli Komitəsi (ANKA) kabel televiziyasına efirində səsləndirdiyi “murdar ermənilər” ifadəsinə görə etiraz məktubu göndərib.
Baki-xeber.com-un məlumatına görə, bu barədə Ermənistanın NEWS.am saytı xəbər verir. Xəbərdə deyilir ki, məktub Amerikanın “Comedy Central” kabel televiziyasının prezidenti Kent Altermana ünvanlanıb. Məktubda ANKA “aşağılayıcı addım” adlandırdığı həmin ifadə səslənərkən kadr arxasından gülüş səsinin efirə verilməsini də ünvanına ciddi təhqir kimi qəbul etdiyini diqqətə çatdırır və təcili şəkildə üzr istənməsini tələb edir.
Telekanalın reaksiyası barədə xəbər verilmir.