Nyu York meri Bill de Blazio prezident Trampın miqrant siyasətinə etiraz olaraq keçirilən yürüşdə etdiyi sərt çıxışla gündəmə gəlib.
Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, bu gün Amerikanı dəstəkləyənlər onu hər zaman olduğu kimi görmək istəyir: “bura hər kəs üçündür və və kəsə hörmət olunduğu yerdir”.
Xatırladaq ki, etiraz aksiyası bazar ertəsi, Amerikanın görkəmli insan haqları müdafiəçisi Martin Lüter Kinqin anım gününü qeyd etdiyi gündə keçirilib. Buna səbəbsə Trampın senatorlarla miqrantlarla bağlı görüşündə üçüncü dünya ölkələrini “iylənmiş dəlik” (shithole) adlandırması olub. Xəbərə görə, bu zaman o, əsasən Haiti, Salvador və digər Afrika ölkələrinin adını çəkib. Nyu York meri isə çıxışında bu ölkələrdən gələn miqrantları “bacı və qardaşlar” adlandıraraq, “amerikan millətini daha güclü, daha varlı etdiklərinə görə” onlara təşəkkür edib.