Əldə olunan gizli razılaşma üzrə ABŞ Suriyadakı kürdlərə daşınan zenit-raket komplekslərinin ilk partiyasını göndərib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Al-Masdar” agentliyi özünün mənbələrinə istinadən xəbər yayıb. Agentliyə danışan mənbə deyib ki, amerikan hərbçiləri PZRK-ları Afrinə ötən həftə çatdırıb. Suriyada isə qeyd olunub ki, bu sövdələşmə sırf ABŞ-la kürdlər arasında əldə olunub və onun ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya heç bir aidiyyəti yoxdur.
Agentliyin xəbərinə görə, sözügedən silahdan kürdlər Türkiyənin nəzarətindəki ərazilərdə “üsyançı qruplara qarşı” istifadə edəcək.
Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı amerikayönlü qüvvələrə savaş açacaqlarını bildirib. ABŞ-ın silahlandırdığı sərhəd qoruyucularının tərkibinə isə Suriya demokratik qüvvələri, kürd silahlı birləşmələri və PKK döyüşçüləri daxildir.