Qətər kral ailəsinin üzvü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) iradəsinə zidd olaraq saxlandığını bəyan edib. "The Telegraph" qəzeti yazır ki, bu böhran artıq 8 aydır ki, davam edən Körfəz-Qətər qarşıdurmasının fonunda baş verir.
Məlumata görə, siyasət aləmində az tanınan Qətər əmirinin əmisi Şeyx Abdullah bin Əli ət-Tani gözlənilmədən BƏƏ ilə Qətər arasında davam edən böhranın ön səhnəsinə gəlib. O, nə qədər az tanınsa da, əmir ailəsində Qətər liderliyinə bəzilərinin fikrincə real namizədlərdən biri sayılır. O, keçən il Səudiyyə Ərəbistanı ilə Qətər arasında baş vermiş diplomatik böhranın danışıqlar yolu ilə həlli üçün Tani səylər göstərib.
Baki-xeber.com xəbər verir ki, Şeyx Abdullah bin Əli ət-Tani saxlanması barədə bəyanatını YouTube kanalında yerləşdirdiyi video vasitəsilə bazar günü yayıb. O, hazırda Əbu-Dabidə oluğunu bildirib. Şeyx , başına bir iş gələcəyindən və bunun günahının Qətərin üstünə atıla biləcəyindən narahatdır. O, bəyan edib ki, onu saxlayan Əbu-Dabi vəliəhdidir, və onun başına bir iş gəlsə, buna görə "bütün məsuliyyət" şəxsən şeyx Məhəmmədin üzərinə düşəcək: "Mən indi Abu Dabidəyəm. Burada Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın qonağı idim. Amma indi vəziyyət dəyişib. Məni saxlayıblar. Bu daha çox, əsirliyi xatırladır. Onlara mənə deyib ki, heç yerə tərpənməyim. Mən buradan elan edirəm ki, Qətər xalqı günahsızdır".
BƏƏ rəsmisi bu ittihamları rədd edib. Əbu-Dabinin təhsil departamentinin və antiterror mərkəzinin rəhbəri Əli Rəşid ən-Nuaimi bildirib ki, şeyx Abdullah "istədiyi an" istədiyi yerə getməkdə sərbəstdir.
Məsələyə reaksiya verən Qətər Xarici İşlər Nazirliyinin sözçüsü, Lulva əl-Xater deyib ki, Doha vəziyyəti diqqətlə monitorinq edir: "Qətər dövləti situasiyanı yaxından izləyir, lakin BƏƏ ilə bütün diplomatik münasibətlər kəsildiyindən situasiyaya tam aydınlıq gətirmək hələki mümkün olmayıb".
Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərlə diplomatik münasibətlərini ötən iyunda kəsiblər. Onlar Dohanı islamçı ekstremistlərə dəstəkdə və ərəblərin regional rəqibi olan İranla sıx əlaqələrdə ittiham edirlər. Doha isə bu ittihamları rədd edir.
Krizdən sonra, qətərli zəvvarların Səudiyyə Ərəbistanına həcc ziyarətinə gəlmələri üçün şeyx Abdullah, Səudiyyə tərəfi ilə danışıqlar aparıb və bu məsələnin həllinə nail olub.