İsrail ordusu Qəzza ilə Misir sərhədində HƏMASa aid bir tuneli bombalayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İsrailin “Yediot Ahronot” qəzeti İsrail ordusuna istinadən xəbər verib. Xəbərə görə, İsrail HHQ-yə aid döyüş təyyarələri Qəzza ilə Misir sərhədində HƏMAS-a aid bir tunelə hava zərbələri endirib. Bu arada Fələstin təhlükəsizlik orqanları israil HHQ-nin Refah şəhərində əkin sahələrini hədəfə aldığını və zərbələr endirdiyini açıqlayıb. Mənbələr hadisə nəticəsində hər hansı insan itkisi olmadığını deyib.