Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında, PKK terror təşkilatının Suriya qanadı PYD-nin nəzarətində olan Afrin qəsəbəsini bombalayıb.
Baki-xeber.com xəbər verir ki, ordu prezident Rəcəb Tayyib Ərdoğanın AKP-nin Elazığ toplantısında Suriyadakı terrorçularla mübarizəyə dair mesajlar verdiyi vaxt hərəkətə keçib.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə aid topçu birlikləri Afrini artilleriya atəşinə tutub.
Son məlumatlara görə, Türkiyə ordusu Suriya ilə sərhəd bölgəsi olan Hataya hərbi texnika toplamağa başlayıb.
AKP-nin Elazığ toplantısında sərt mesajlar verən Ərdoğan bildirib ki, “Afrindəki terrorçular təslim olmasalar oranı da başlarına yıxacağıq”.