ABŞ-ın Panamadakı səfiri Con Fili prezident Donald Trampın bəzi Latın Amerikası və Afrika ölkələrindən gələn miqrantlarla bağlı işlətdiyi xoşagəlməz ifadələrə etiraz olaraq vəzifəsindən istefa verib.
Baki-xeber.com xəbər verir ki, səfir, ABŞ Dövlət Departamentinə təqdim etdiyi istefa ərizəsində, bundan belə Tramp administrasiyasına bir daha xidmət etməyəcəyini bildirib.
Dövlət Departamenti isə, Filin vəzifədən ayrıldığını təsdiqləyərək, onun öz istəyi ilə təqaüdə getdiyini bildirib.
Səfir Con Fili, 2015-ci ilin iyul ayında ABŞ prezidenti Barak Obama administrasiyası dövründə Panamaya səfir təyin edilib.
Qeyd edək ki, Tramp yanvarın 11-də konqresmenlərlə immiqrasiyaya həsr olunmuş görüşdə bəzi Latın Amerikası və Afrika ölkələrindən gələn miqrantları sərt tənqid edərək “Niyə bu iyrənc ölkələrdən insanların buraya gəlməsini istəyək? Norveçdən daha çox miqrant qəbul etməliyik” ifadələrini işlədib.