Türkiyə öz vətəndaşlarını ABŞ-a səyahət etməkdən çəkinməyə çağırıb. Trend-in məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların rəsmi Ankaraya qarşı çağırışına cavab olaraq bu bəyanatı verib.
XİN-in bəyanatında deyilir: “ABŞ-a səyahət edən vətəndaşlarımızın bir daha bu qərarı gözdən keçirmələrində fayda var".
ABŞ Departamentinin çağırışını şərh edən Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, Türkiyə ABŞ-dan daha təhlükəsizdir. B.Yıldırım vurğulayıb ki, heç bir ölkə terror aktlarından sığortalanmayıb.
Baş nazir əlavə edib: “Sanki elə təəssürat yaranır ki, ABŞ şəhərlərində terror aktları olmur”.
Qeyd edək ki, ötən gün ABŞ öz vətəndaşlarını Türkiyəyə səyahət etməməyə çağırıb.