Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan babasının Birinci Dünya müharibəsində rus ordusu ilə döyüşməsindən və Sarıqamışda donub ölməsindən danışıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Türkiyə prezidenti AKP-nin fraksiya toplantısında çıxışında bəhs edib. O deyib ki, kəndlərindən olan və sağ qalan bir neçə nəfər babasının əlində silah necə donaraq öldüyünü danışıb.
Türkiyə hərbi qurumundan Ərdoğanın babası, əslən Rizədən olan Kamal Mustafa oğlunun 1915-ci ilin yanvarında hərb zamanı öldüyünü təsdiq edən sənədin olduğu bildirilib.