Ümumdünya vəhşi təbiət fondu (WWF) və Almaniyanın Təbiəti mühafizə ittifaqı alman siyasətçilərini “Şimal axını-2” qaz xəttinin inşasını dayandırmağa çağırıb.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu məzmunda məktub kansler Angela Merkelə, Xristian Sosial İttifaqın (XSS) sədri Horst Zaehoferə və Almaniya Sosial-Demokratlar Partiyasının sədri Martin Şultsa göndərilib. Bu barədə ilk xəbəri “Der Tagesspiegel” nəşri yayıb.
Ekoloqlar qaz xəttini “siyasi-iqlim dalanı” adlandıraraq, onun Baltik ekoloji sistemini pozmaqla yanaşı, “Avroittifaq arasında həmrəylik və etibar mühitinə ziyan vuracağını” bildirib.