ABŞ İranın Suriyada təsirini yox etmək üçün bu ölkəyə sərt sanksiyalar tətbiq etməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Devid Satterfild deyib.
Onun sözlərinə görə, İŞİD üzərində qələbə çaldıqdan sonra ABŞ ordusunun Suriyadakı mövcudluğunun əsas məqsədi İrana qarşı mübarizə aparmaq olacaq.
ABŞ bu çərçivədə, Suriyada İranın təsirini məhv yox etmək və İranın dəstəklədiyi qüvvələri ölkədən çıxarmaq üçün ilk növbədə sərt sanksiyalar tətbiq etməyi planlaşdırır.