Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Baki-xeber.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş qarşı tərəfin tələbi ilə həyata keçirilib.
Məlumatda görüş zamanı ikitərəfli münasibətlər və Suriya məsələsinin müzakirə olunduğu bildirilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin görüşlə bağlı verdiyi açıqlamada Rusiyanın Suriyadakı hərbi bazalarına son günlərdə edilən hücum təşəbbüslərini xatırladaraq “Suriyadakı bazalarımıza hücumla Türkiyənin heç bir əlaqəsi yoxdur. Hərbi bazalarımıza hücumun arxasında kimin dayandığını bilirik” deyib.