Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terror dəhlizi yaradılmasına icazə verməyəcəklərini bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Ərdoğan, ABŞ-ın terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin əli ilə Suriyada terror dəhlizi yaratmaq istədiyini deyib: “Suriyanın şimalında terror dəhlizi yaratmaq səylərinə qarşı Türkiyənin səbri daşır. Suriya və İraqda baş verən proseslər terror dəhlizi yaratmaq məqsədini günü-gündən aydınlaşdırır. Yalanlara dözmək məcburiyyətində deyilik. Bölgəni terrordan təmizləmək üçün ötən il Fərat Qalxanı Hərəkatı ilə atdığımız addımları genişləndirəcək gücə sahibik...
Terror dəhlizində dövlət qurmaq istəyənlər ovucunu yalayar. Kimsə orada yeni bir dövlət qurmağa girişməsin".