ABŞ-ın Ankara səfirliyinin nümayəndəsi Filip Kosnet Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Baki-xeber.com-un Anadolu Agentliyindən aldığı xəbərə görə, diplomatik dairələrdəki mənbə görüşün əsas mövzusunu Suriya tənzimlənməsinin təşkil etdiyini deyib.
Xəbərə görə, bu ərəfədə Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov və İranın Türkiyə səfiri Məhəmməd İbrahim Tahirian Fərd də Əsəd rejiminin Suriyanın İdlib bölgəsində davam edən hücumları ilə bağlı XİN-ə dəvət olunub.